“Çelsi” “Monako”dan transfer etdi - 40 milyon avroya

celsi-monakodan-transfer-etdi
Oxunma sayı: 643

Növbəti mövsüm üçün iddialı heyət formalaşdırmaq istəyən “Çelsi” daha bir transfer edib.

“Qafqazinfo” Transfermarkt-a istinadən xəbər verir ki, “zadəganlar” “Monako”nun gənc yarımmüdafiəçisi Temue Bakayokonu heyətinə qatıb.

23 yaşlı futbolçu üçün qarşı tərəfə 40 milyon avro ödənilib.

Gənc oyunçu keçidi haqqında açıqlama verərək “Çelsi” forması geyinmək üçün səbrsizləndiyini bildirib.

Qeyd edək ki, 3 ildir “Monako” forması geyinən Bakayoko ötən mövsüm 41 oyunda 3 qola imza atıb.