İngiltərənin “Çelsi” klubu 2017/18-ci il üçün maliyyə hesabatını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, London klubu rekord gəlir əldə edib. “Çelsi”nin qazancı 397 milyon avrodan 487 milyon avroya (22,7%) yüksəlib. Komanda 124 milyon avroluq futbolçu satışından 68,1 milyon dollar təmiz gəlir əldə edib. Teleyayımlar sayəsində isə gəlirləri 45,8 milyon avrodan 224 milyon avroyadək yüksəlib.
Bu isə daha çox komandanın Avropa kuboklarında iştirakı ilə əlaqədardır.
Son xəbərlər
Son Xəbərlər