“Çelsi” tək qolla qalib gəldi - Fotolar + Video

celsi-tek-qolla-qalib-geldi
Oxunma sayı: 1526

Avropa Liqasında ¼ final mərhələsinin oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Çexiyanın “Slaviya” klubu ilə qarşılaşan “Çelsi” minimal hesablı qələbə qazanıb.

Matçda yeganə qolu 86-cı dəqiqədə Markos Alonso vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 18 apreldə keçiriləcək.