İngiltərə Premyer Liqasının 22-ci turunun matçında “Çelsi” 1:0 hesabı ilə “Tottenhem”ə qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, London derbisində yeganə qolu 24-cü dəqiqədə Corcinyo vurub. Bununla da "Tottenhem" ardıcıl üçüncü dəfə meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Çelsi" 22 matçda 36 xal toplayaraq Premyer Liqanın altıncı pilləsinə yüksəlib. "Tottenhem" isə 21 görüşdə 33 xal yığaraq səkkizinci yerdə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər