“Çelsi” Joze Mourinyonu istefasından sonra müvəqqəti olaraq Qus Hiddinkə tapşırılan baş məşqçi postu üçün axtarışlarını davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, London nəhəngi italiyalı mütəxəssis Massimiliano Alleqriye təklif göndərəcək.
İtaliya mətbuatının yazdığına görə, “mavilər” “Yuventus”un hazırkı baş məşqiçisi üçün 4 illik müqavilə irəli sürəcək. 48 yaşlı çalışdırıcı “zadəganlar”la razılaşacağı təqdirdə, illinə 5.3 milyon funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Alleqrinin “turinlilər”lə müqaviləsi 2017-ci ilin yayına kimidir.
Son xəbərlər
Son Xəbərlər