“Çelsi”dən “Mançester Yunayted”də keçdi

celsiden-mancester-yunaytedde-kecdi
Oxunma sayı: 736

İngiltərə Premier Liqasının Çelsi klubunda çıxış edən Nemanya Matiç komandasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçunun yeni klubu “Mançester Yunayted” olub. 28 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Qırmızı şeytanların qarşı tərəfə 50 milyon avro ödədiyi bildirilir.

Xatırldaq ki, N.Matiç ötən mövsüm 40 oyunda 2 qol vurub, 9 qolun ötürməsini verib.