“Çelsi”dən rekord qiymətə transfer

celsiden-rekord-qiymete-transfer
Oxunma sayı: 3884

Çelsi” “Benfika”nın argentinalı yarımmüdafiəçi Enzo Fernandesi transfer edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, transfer 121 milyon avro təşkil edib ki, bu da İngiltərə Premyer Liqası (APL) tarixində rekord müqavilədir.

Futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb.

Bundan əvvəl rekord “Aston Villa”dan ingilis yarımmüdafiəçisi Cek Qrilişi 113 milyon avroya satın alan “Mançester Siti”yə məxsus idi.