“Çelsi”nin Bakıda rəsmi fan-klubu açıldı - Con Terri məktub göndərdi

celsinin-bakida-resmi-fan-klubu-acildi
Oxunma sayı: 4323

Azərbaycanda daha bir klubun rəsmi fan-klubu açılıb. “Qafqazinfo” xəbər verir ki, bu, İngiltərənin “Çelsi” klubudur. 

Bakıdakı “Çelsi” azarkeşləri tərəfindən klubun fan-klublarla iş üzrə departamentinə ünvanlanan məktuba müsbət cavab verilib.

Fan-klub rəsmən 23 oktyabr 2015-ci il tarixdə qeydiyyatdan keçib, dünən isə klubun rəhbəri Bryus Bakın imzası ilə rəsmi sertifikat və kapitan Con Terrinin imzası ilə salamlama məktubu göndərilib. Fan-klubun feysbuk səhifəsinin linki də "Çelsi"nin saytında yerləşdirilib.