“Bakıda hər şey yaxşı idi, bura əla şəhər, Azərbaycan isə gözəl ölkədir”. Bunu “Qafqazinfo”ya açıqlamasında İngiltərənin “Çelsi” klubunun futbolçusu David Luis Bakıda “Arsenal”a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının final matçından sonra deyib.
Braziliyalı müdafiəçi təşkilatçılıqda əməyi keçən hər kəsi təbrik edib.
Fransalı yarımmüdafiəçi N'Qolo Kante isə Azərbaycan yeməklərindən də məmnunluq ifadə edib: “Burada hər şey yaxşı idi. Fikrimcə, Bakı gözəl şəhərdir, təşkilatçılıq yüksək səviyyədədir. Yeməkləriniz də yaxşıdır. Hər şeydən razı qaldım”.
Son xəbərlər
Son Xəbərlər