İngiltərənin “Çelsi” və “Vrekshem” klubu arasında keçirilən yoxlama matçında dava düşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşün 3-cü dəqiqəsində “Vrekshem”in heyətindən Ceyms Makklin meydan sahibinin futbolçusu Levi Kolvilə tərəf qaçıb və onunla toqquşub.
Bu zaman L.Kolvil qəzəblənib və rəqibi ilə əlbəyaxa dava edib. Komanda yoldaşları onları ayırmağa çalışıb.
Qeyd edək ki, matç 2:2 hesabı ilə bitib.
Sözügedən davanın görüntülərini təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər