“Çelsi”nin futbolçusunun sürücülük hüququ əlindən alındı

celsinin-futbolcusunun-suruculuk-huququ-elinden-alindi
Oxunma sayı: 923

“Çelsi”nin futbolçusu Entso Fernandesin sürücülük hüququ əlindən alınıb. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçinin cəzalarının çoxalmasıdır.

“Çelsi”nin üzvü yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cəzalanıb. Onun cərimələri 3000 funt-sterlinqdən çoxdur və ödənilməyib.

Bu səbəbdən futbolçunun İngiltərədə avtomobil idarə etməyi qadağan olunub. Fernandes yalnız 2025-ci ildə sükan arxasına əyləşə biləcək.