“Çelsi”nin keçmiş qapıçısı dünyasını dəyişdi

celsinin-kecmis-qapicisi-dunyasini-deyisdi
Oxunma sayı: 1902

İngiltərə millisinin və “Çelsi” klubunun keçmiş qapıçısı Piter Bonetti dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. Bonetti 78 yaşında həyatla vidalaşıb. O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Piter Bonetti komandası ilə 729 matçda meydana çıxıb. Bu isə klub tarixində ikinci göstəricidir.