“Çelsi”nin yeni baş məşqçisi o oldu

celsinin-yeni-bas-mesqcisi-o-oldu
Oxunma sayı: 4267

“Çelsi” yeni baş məşqçisinin adını açıqlayıb. 

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin edilib. 44 yaşlı mütəxəssislə 5+1 illik müqavilə imzalanıb.

İtaliyalı çalışdırıcının son klubu “Lester” olub. 

Xatırladaq ki, mayın 21-də “Çelsi” Maurisio Poçettino ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlamışdı. Premyer Liqanın son mövsümünün yekununda London təmsilçisi 63 xal toplayaraq 6-cı olub.