Cem Adriana səhnədə su şüşəsi atdılar - Video

cem-adriana-sehnede-su-susesi-atdilar
Oxunma sayı: 3182

Türkiyəli sənətçi Cem Adrian Vanda təşkil olunan konsertdə xoşagəlməz durumla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, ona səhnədə mahnı səsləndirən zaman tamaşaçılardan biri su şüşəsi atıb.

Cem Adrian hadisə ilə bağlı instaqram hesabında paylaşım edib. O, hadisəyə baxmayaraq, Vanda özünü gül bağçasında kimi hiss etdiyini bildirib, bir-iki tikana görə bağdan küsməyə gərək olmadığını qeyd edib.