Cem Serenayı yarıçılpaq çəkənləri məhkəməyə verdi

cem-serenayi-yaricilpaq-cekenleri-mehkemeye-verdi
Oxunma sayı: 3761

Komediya aktyoru Cem Yılmaz sevgilisi Serenay Sarıkayanı evində günəşlənərkən çəkən paparassiləri məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, Yılmaz sözügedən şəxsin qanunazidd hərəkət edərək, şəxsin mülkünü izləməsi və foto çəkdirməsinə etiraz edib. Sənətçi sevgilisini yarıçılpaq şəkildə gizli çəkənlərin cəzalandırılmasını tələb  edib.

C. Yılmaz və S. Sarıkaya daha sonra Sülh Cəza Hakimliyinə müraciət edərək sözügedən medianın instaqram səhifələrində yaydığı fotoların silinməsini istəyib.

Aktyor tvitterdə məhkəmə qərarının paylaşıb, iddianın qəbul edilmədiyini vurğulayıb.