Cem Yılmaz Ajdanı razı saldı

cem-yilmaz-ajdani-razi-saldi
Oxunma sayı: 1024

Cem Yılmaz “G.O.R.A” və “A.R.O.G”un davamı kimi “Arif və 216” filminin çəkilişinə başlayır. 

Qafqazinfo” xəbər verir ki, komediya aktyoru layihənin ssenarisini tamamlayıb və aktyor-aktrisa seçməyə start verib.

Cem ötən gün yeni filmi üçün Ajda Pekkanla görüşüb. İki saatlıq söhbətdən sonra Pekkan filmdə çəkilməyə razılıb verib. Həmçinin “Arif və 216”da Ediz Hun və Filiz Akında iştirak edəcək.

Xatırladaq ki, Cem Yılmazla Ajda Pekkan 2001-ci ildə reklama çəkilib. Onlar 16 il sonra bir araya gələcəklər.