Cem Yılmaz Bakıdan video paylaşdı

cem-yilmaz-bakidan-video-paylasdi
Oxunma sayı: 3389

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Azərbaycandadır.  “Qafqazinfo” xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub. 

Stəndap ulduzu qaldığı oteldən “Azneft” meydanının görüntülərini çəkərək instaqram səhifəsində paylaşıb.  Cem videoya “ey gözəl Bakı, xoş gəlmişəm”, - şərhini yazıb.

Xatırladaq ki, C. Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək.