Cem Yılmaz həbs oluna bilər - İki illik

cem-yilmaz-hebs-oluna-biler
Oxunma sayı: 2259

Məşhur türkiyəli aktyor Cem Yılmaz həbs oluna bilər.


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yalova valisi Səlim Cebiroğlu aktyoru məhkəməyə verib.

Vali Cem Yılmazın onu twitterdə təhqir etdiyini iddia edib. Səlim Cebiroğlu aktyorun 2 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Vali Cebiroğlu məktəb ziyarətində qarşılaşdığı müəllim Halil Serkan Özün paltarını bəyənməmişdi, tənqid etmişdi.

Müəllim bir həftə sonra təşkil edilən etiraz yürüyüşündə infarkt keçirmiş, həyatını itirmişdi.

Bunun ardından vali sosial şəbəkələrdə tənqid olunmuşdu.

Cem Yılmaz isə hadisə ilə bağlı açıqlama verib:

““TÜBİTAK” mükafatına sahib Halil Serkan Özün vali tərəfindən azarlanması, sonra da faciəli ölümünü qəzet və televiziya kanalından öyrəndim. Yalnız bir sənətçi olaraq deyil, ölkənin sadə bir vətəndaşı olaraq belə hadisədən təsirləndim. Ölümündən duyduğum kədərlə cəmiyyətə hadisəylə bağlı fərdi fikrimi söylədim. Heç kəsi təhqir etməmişəm”.