Cem Yılmaz ilk dəfə Serenayla fotosunu paylaşdı

cem-yilmaz-ilk-defe-serenayla-fotosunu-paylasdi
Oxunma sayı: 2842

Bir müddətdir aktrisa Serenay Sarıkaya ilə sevgili olan aktyor Cem Yılmaz ilk dəfə sosial şəbəkədə onunla birlikdə çəkilmiş şəklini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Serenay Camping” plakatı önündə çəkilmiş fotonu paylaşan Cem “Şəhərin hay-huyundan uzaqda təbiətin bizə təqdim etdiyi filan… Bir “xeyirli olsun”unuzu alarıq” yazıb.

Qeyd edək ki, C.Yılmaz aparıcı-müğənni Defne Samyelidən ayrıldıqdan sonra Serenayla münasibətə başlayıb. Cütlük ilk dəfə birlikdə Afina tətilindən qayıdarkən görüntülənmişdi.