Cem Yılmaz Nigara dəstək oldu

cem-yilmaz-nigara-destek-oldu
Oxunma sayı: 3459

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz sosial şəbəkədə azərbaycanlı ifaçı Nigar Muharremə dəstək olub. 

“Qafqazinfo” xəbər verir ki, stendap ulduzu rəsmi tvitter səhifəsində gənc ifaçının “Yalnızlar şəhəri” klipini paylaşıb. 

Mahnını bəyənən Cem Nigarın partlayış etdiyini vurğulayıb.  

Xatırladaq ki, sözügedən klip “Youtube”da 5 ay ərzində 11 milyondan çox baxış toplayıb.