Cem Yılmazla Acundan Azərbaycan paylaşımı

cem-yilmazla-acundan-azerbaycan-paylasimi
Oxunma sayı: 11657

Türkiyənin tanınmış aktyoru Cem Yılmaz işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı terror siyasəti qarşısında susmayıb.

“Qafqazinfo”nun məlumatına görə, o, öz instaqram hesabında Azərbaycan bayrağını paylaşaraq ermənilərin təxribatlarına göz yuman ölkə və təşkilatları qınayıb.

“Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda savaşdan, qandan, acıdan uzaq günlər arzu edirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram...Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm”.

Tanınmış jurnalist, TV-8-in direktoru Acun Ilıcalı da öz dəstəyini ifadə edərək, feysbuk hesabında Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Qarabağı azad etmək üçün haqlı olaraq döyüşən azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki şəxslərə qarşı edilən qanlı zülmü lənətləyirəm. Dost və qardaş Azərbaycanı 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik edirəm!”, - deyə jurnalist yazıb.

Qeyd edək ki, bundan öncə Türkiyənin bir çox tanınmış sənətçiləri - Mahsun Kırmızıgül, Murat Boz, Ebru Gündeş, Alişan və s. sosial media hesablarında Azərbaycana dəstək ifadə ediblər.