“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanın ixracının təxminən 92%-ni neft və neft məhsulları təşkil edir: "Biz qeyri-neft məhsullarını ixrac edə bilmirik ki, bunun maya dəyərində çox ciddi problem var. Buna görə də biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla məhsulların ixrac potensialını yüksəldə bilərik”.
Manatın ucuzlaşmasının mənfi tərəfinə toxunan V. Əhmədov qeyd edib ki, ciddi devalvasiya insanların sosial şəraitinin pisləşməsinə və bazarda qiymətlərin bahalaşmasına təsir edə bilər.
Son xəbərlər
Son Xəbərlər