“Qafqazinfo” xəbər verir ki, bu haqda Vətəninfo.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, səfir Robert Sekuta ilə qısa görüşdən sonra C.Həsənli səfirliyin məsul işçiləri ilə 2 saat müzakirə aparıb. Mənbə bildirib ki, mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı, C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib. Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək göstərişi verilib. C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir. Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var. Mənbə əlavə edib ki, uzun müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.
Məsələ ilə bağlı “Qafqazinfo” Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxlayıb. O bildirib ki, ABŞ səfiri ilə görüşüb, ancaq görüş may ayının 27- də baş tutmayıb: “Bu görüş Robert Sekuta ilə tanışlıq məqsədi daşıyırdı və mitinq təyin edilməmişdən qabaq baş tutub. Səfirlə görüşdə mitinqlə bağlı müzakirələr aparılmayıb. Mitinqlərin maliyyə məsələsinin müzakirə edilməsi barədə yayılanlarlar da boş söhbətlərdir. Görüşün vaxtını dəqiq deməyənlər orada hansı məsələnin müzakirə olunduğunu necə deyə bilərlər? Söhbət zamanı Azərbaycan və Amerika dövlətinin, millətinin əleyhinə heç bir müzakirə aparılmayıb”.
Son xəbərlər
Son Xəbərlər