Cəmil Həsənli prezidentlərin Soçidə baştutacaq görüşlərindən danışdı

cemil-hesenli-prezidentlerin-socide-bastutacaq-goruslerinden-danisdi
Oxunma sayı: 2060


“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Soçi görüşündə işğal olunmuş ərazilərlə bağlı ciddi heç bir qərar qəbul olunmayacaq: “Bu cür görüşlərdən 20 il ərzində 30-dan artığı keçirilib. O görüşlərdə nə nəticələr əldə olunub ki, bu nəticələrdə də nə isə nəticə olunsun? Ümumiyyətlə bu tip görüşlərdən nə isə nəticə gözləmirəm. Hesab edirəm ki, bu cür görüşlərdən də ümidlənməyə dəyməz. Ola bilsin ki, müəyyən texniki məslələr müzakirə ediləcək, yaranmış şərait müzakirə ediləcək. Amma yenə də qeyd edirəm ki, Soçi görüşündə işğal olunmuş ərazilərlə bağlı ciddi heç bir qərar qəbul olunmayacaq.

Bu görüşün Putinin imicinə nə isə müsbət bir dəyişiklik yaradacağı da istisna olunur. Çünki, Putinin nüfuzu o qədər düşüb ki, bu cür görsənti xarakterli addımlar bu nüfuzu qaldır