Cəmil Quliyev işdən çıxarıldı

cemil-quliyev-isden-cixarildi
Oxunma sayı: 7503

“Azərbaycanfilm”in direktoru Cəmil Quliyev öz ərizəsi ilə işdən kənarlaşıb.

"Qafqazinfo" Epiloq.Az-a istinadən xəbər verir ki, direktor vəzifəsinin icrası Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Salnamə” studiyasının direktoru Nazim Hüseynova tapşırılıb.

Mədəniyyət Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata əsasən, Cəmil Quliyev öz istəyi ilə işdən azad olunması barədə ərizə yazıb. Buna səbəb onun səhhətində yaranan problemdir.