“Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə qəzaya düşməsindən danışıb.
Sənətçi “Qafqazinfo”ya açıqlamasında qəzanın yüngül olduğunu bildirib.
İfaçı qeyd edib ki, hadisə zamanı xalası qızı xəsarət alıb:
“Bəli, dünən qəzaya düşdük. Elə indi xəstəxanadayıq, sağ-salamatam. Sadəcə olaraq xalam qızı Mahirə bir az xəsarət alıb, indi iynə-dərman vurmuşuq, yaxşılaşıb. Maşınıma böyük zərər dəyməyib, şüşəsi sınıbdı, təmirə vermişik. Allah hər kəsə kömək olsun, maraqlanan hər kəsə təşəkkür edirəm”.
Son xəbərlər
Son Xəbərlər