Türkiyəli məşhur komediya ustası Cem Yılmazın Etilerdə yerləşən lüks villasında yanğın hadisəsi baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, malikanənin tullantılar toplanan otağında qeydə alınan yanğın qısa zaman ərzində söndürülüb.
Həmin vaxt qapının qarşısında olan müxbirlərin kamerasına tuş gəlməmək üçün stəndapçı və birlikdə yaşadığı sevgilisi, aktrisa Serenay Sarıkaya küçəyə çıxmamağa üstünlük verib.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Defne Samyelidən ayrılan Cem Yılmazın Serenay ilə evlilik planları qurduğu bildirilir.

Son xəbərlər
Son Xəbərlər