Çempion bəlli oldu

cempion-belli-oldu
Oxunma sayı: 932


Trend-ə Federasiyadan verilən məlumata görə, yarış zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurublar. Nəticələrə gəlincə, 15 və 17 yaşadək idmançılar arasında Vüqar Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı 2 yeri David Proherkus və Yusif Abdullayev tutub.

Elit, U-23 və gənclər arasında Aqşin İsmayılov finiş xəttini birinci, Orxan Məmmədov isə ikinci keçib. İlk üçlüyü Musa Mikayılzadə tamamlayıb. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.