“Qafqazinfo” xəbər verir ki, iyunun 18-də layihənin xüsusi qonağı birinci Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran karateçi Firdovsi Fərzəliyev olub. Layihə çərçivəsində Bakının Fəvvarələr Meydanında quraşdırılmış səhnəyə çıxan karateçi möhtəşəm idman tədbirində iştirak etməkdən qürur duyduğunu bildirib. İdmançımız paytaxtımızın sakinləri ilə birgə Azərbaycanın Dövlət himnini oxuyub.
Jurnalistlərə müsahibə verən Firdovsi Fərzəliyev qələbə qazandığı anları xatırlayıb:
“Sevincimin həddi-hüdudu yox idi. Yarış anlarında təkcə mənim deyil, komandamızın keçirdiyi əziyyətlər gözlərimin qarşısında canlanırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Şübhəsiz ki, hər idmançıya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən medalın təqdim edilməsi qismət olmur. Lakin bu, mənə nəsib oldu. Buna görə özümü xoşbəxtəm hesab edirəm”.
“İFAM” xalq səhnəsi Avropa Oyunları başa çatana qədər hər gün saat 17-dən 21-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.
Son xəbərlər
Son Xəbərlər