Çempion kapitanını itirdi

cempion-kapitanini-itirdi
Oxunma sayı: 2365

"Liverpul"un kapitanı Cordan Henderson üçün bu mövsüm vaxtından əvvəl başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, "Brayton"la matçda dizindən zədələnən 30 yaşlı oyunçunun qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.

Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.