Çempion kim olacaq?

cempion-kim-olacaq
Oxunma sayı: 1100



 “Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, ölkənin 4 ən güclü komandası mükafatlar uğrunda həlledici mübarizəyə başlayacaq.

 Voleybol Mərkəzinin meydanında əvvəl III yer uğrunda yarışacaq komandalar çıxacaq. Yarımfinalda rəqiblərinə 2 oyunda uduzan “İqtisadçı” və “Azərreyl” bürünc üçün ilk matçda münasibətlərini aydınlaşdıracaq. Ötən mövsümün ikincisi olan sonuncular mövsümü mükafatsız bitirməmək, “Azərreyl” isə ilk medalı üçün mübarizə aparacaq.

 Qızıl medallar uğrunda seriyada isə əzəli rəqiblər – “Rabitə” ilə “Azəryol” qarşılaşacaq. 3 qələbəyə qədər mübarizə aparacaq komandalar Azərbaycanın ən güclüsünü müəyyənləşdirəcək. 2008-ci ildə yaradılan Super Liqanın tarixi ərzində daim çempion olan “Rabitə” bu titulunu qorumağa, “Azəryol” isə rəqibinin seriyasına son qoymağa çalışacaq.