Çempionat dayandırıldı və qalib elan olundu

cempionat-dayandirildi-ve-qalib-elan-olundu
Oxunma sayı: 3036

Yeni Zenlandiya Futbol Federasiyası koronavirus səbəbindən ölkə çempionatını dayandırıb və liqanın qalibini elan edib.

“Qafqazinfo” xəbər verir ki, sona 8 tur qalmış “Oklend Siti” çempion olaraq tanınıb. 

“Oklend Siti”nin aktivində 37 xal var və onlar “Tim Vellinqton”u 3 xal qabaqlayırlar. 

Qeyd edək ki, bu qərar çempionatdakı klubların nümayəndələri, hökumət rəsmiləri və tibbi heyətlə aparılan müzakirələrdən sonra verilib.