“Çempionat xətrinə çempionat keçirmək istəmirik”

cempionat-xetrine-cempionat-kecirmek-istemirik
Oxunma sayı: 1852

“Çempionatda oynamaq istəyən 10-dan çox komanda var. Lakin burada bizim müəyyənləşdirəcəyimiz kriteriyalar olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev qurumun bugünkü konfransında deyib.

O bildirib ki, çempionatın səviyyəsi üçün klublara şərtlər irəli sürüləcək: “Məqsəd odur ki, səviyyə aşağı olmasın. Çempionat xətrinə çempionat keçirmək istəmirik. Böyük ehtimalla 6-8 komanda olacaq. Bunların arasında 2 region klubu da ola bilər”.