Çempionata 20 milyard dollar xərclənəcək

cempionata-20-milyard-dollar-xerclenecek
Oxunma sayı: 642

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko FİFA prezidenti Jozef Blatterlə birgə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiyanın 11 şəhərində keçiriləcək dünya çempionatına 1,5 milyon tamaşaçının gəlməsi proqnozlaşdırılır: “Bunlar son rəqəmlər deyil. Çempionatın ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ayrılacaq pul dünya çempionatı oyunlarının ən çox keçiriləcəyi şəhərlərdə otel və yol tikintisinə xərclənəcək. Yeni tikililər arasında aeroport da olacaq. Moskva daxil, hələ heç bir şəhər dünya çempionatının keçirilməsinə hazır deyil. Bir an öncə çalışmağa başlamalıyıq”.