Çempionatımız rekord qırdı

cempionatimiz-rekord-qirdi
Oxunma sayı: 1237


 “Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə rekord Azərbaycan çempionatına məxsusdur.
 
Dünyanın ən güclü 125 milli çempionatının siyahısında 84-cü pillədən 43-cü yerədək irəliləyən Topaz Premyer Liqası planetin ən böyük inkişafına nail olub. Lakin bu rekordun şərikləri də var.
 
Belə ki, 68-ci yeri 27-ciyə dəyişən Bolqarıstan və 87-dən 46-ya sıçrayan Misir də birdən-birə 41 addım atıb. Çin 36, İslandiya 26, Lüksemburq 25 pillə irəliləyişə nail olmaqla diqqət çəkib.
 
Antirekord isə ekzotik çempionatlara məxsusdur.
 
Sudan liqası 91-ci pilləyə yuvarlanmaqla, 56 mövqeyə aşağı düşüb. Geriləməsi 47-yə bərabər olan Avstraliya siyahıda 99-cu yerdədir. Zimbabve və Avropada ən çox geriləyən Macarıstanda isə bu rəqəm 30-a bərabərdir.
 
Qeyd edək ki, siyahıda 6 yeni ölkə də var. Bir il əvvəl ən yaxşılar arasında olmayanlardan ən yüksək mövqedə Konqo çempionatı qərarlaşıb - 98-ci yer.