Çempionatımızda yenidən dəyişiklik edilir

cempionatimizda-yeniden-deyisiklik-edilir
Oxunma sayı: 1142


 “Qafqazinfo” “pfl.az” saytına istinadən xəbər verir ki, Azərbaycan A milli komandasının təlim-məşq toplanışını və 27 may 2014-cü il tarixində ABŞ milli komandası ilə keçirəcəyi yoxlama oyununu nəzərə alaraq Topaz Premyer Liqasının təqvimində aşağıdakı dəyişikliklər edilib:


1. 33-cü turun bütün oyunları 2 may 2014-cü il;

2. 34-cü turun bütün oyunları 7 may 2014-cü il;

3. 35-ci turun bütün oyunları 12 may 2014-cü il;

4. 36-cı turun bütün oyunları 17 may 2014-cü il tarixində keçiriləcək.

22-ci Azərbaycan kubokunun final oyunu isə 22 may 2014-cü il tarixində baş tutacaq.