Çempionatımızın əvəzolunmazları...

cempionatimizin-evezolunmazlari
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cəmi dörd futbolçu cari mövsümün bütün oyunlarında meydana çıxa bilib. Ard-arda iki dəfə “Neftçi”də çempionluq yaşayan Slavço Georgiyevski heç bir qarşılaşmada komandasını tək buraxmayıb. “Neftçi”nin yarımmüdafiə xəttinin əsas oyunçularından olan Slavço Georgiyevskinin qazanılan çempionluqda, sözsüz ki, böyük payı var.

“Qarabağ”ın heyətində Admir Teli cari mövsümdə Qurban Qurbanovun ən çox etimadını qazanan futbolçudur. Ağdam təmsilçisinin müdafiə xəttinin əsas futbolçularından olan Admir Teli 30 qarşılaşmada əvəzolanmadan qarşılaşmaları başa vurub. Qeyd edək ki, Albaniyalı futbolçu cari mövsümdə Unibank Premyer Liqasında əvəz olunmayan yeganə futbolçudur.

Turnir cədvəlinin sonuncusu “Sumqayıt”ın yarımmüdafiəçisi Kamil Nurəhmədov da bütün qarşılaşmalarda komandasına yardım edib. Nurəhmədov, cari mövsümdə keçirdiyi 30 qarşılaşmada 4 qol vurub.

“Kəpəz”in ukraynalı hücumçusu Yuri Fomenko komandasının heyətin ən çox oyun keçirən futbolçudur. Fomenko, həmçinin, vurduğu 11 qolla Bohadir Nasimovdan sonra Unibank Premyer Liqasının ən sərrast futbolçusudur.

Cari mövsümdə meydanda ən çox qalan futbolçu isə Admir Telidir – 2700 dəqiqə. Admir Telinin ən yaxın izləyiciləri Rahid Əmirquliyev (2610 d.), Yuri Fomenko (2599 d.), Luiz Paulo Hilario (2569 d.), Eder Bonfimdir (2555 d.).