“Qafqazinfo” xəbər verir ki, 1/8 final mərhələsində Amerika yığması ilə keçirilən matçda 2-1 hesablı qələbə qazanan Belçika, mükəmməl oyunu ilə hər kəsin diqqətini cəlb edib. Doğrudur, matçın 90 dəqiqəsində Belçikanın saysız-hesabsız hücumlarından bir nəticə hasil olayıb və matç uzatmalara gedib. Lakin elə əlavə olunmuş yarım saatlıq vaxtın 2-ci dəqiqəsində Kevin de Brüyn hesabı açıb.Daha sonra Lukaku hesabı 2-0-a çatdırıb. ABŞ yığmasından isə Qrin buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Matçın əsas qəhrəmanı isə amerikalı qapıçı Tim Hovard olub. Təcrübəli qapıçı komandasını dəfələrlə real qoldan xilas edib. Görüşdə vurulan qolları təqdim edirik.
İqbal
Son xəbərlər
Son Xəbərlər