Çempionlar Azər Quliyevi dəstəkləyir - Video

cempionlar-azer-quliyevi-destekleyir
Oxunma sayı: 2546

Deputatlığa namizəd Azər Quliyev tanınmış idmançılarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ikiqat Avropa çempionu, dünya çempionu Rövşən Bayramov, dünya və Avropa çempionu Eldəniz Əzizli, dünya və Avropa  çempionu Həsən Əliyev, Avropa çempionu, dünya mükafatçısı, İslam oyunlarının qalibi Elvin Mürsəliyev,  Olimpiya mükafatçısı Emin Əhmədov və Avropa çempionu, dəfələrlə dünya mükafatçsı Rafiq Hüseynov iştirak ediblər.

Dövlət başçısı İlham Əliyevin yürütdüyü gənclər siyasəti, xüsusilə, idmana göstərilən qayğı haqda söhbət açılıb. İdmançılar Azər Quliyevin layiqli millət vəkili olacağına, seçiciləri və bütün Azərbaycan xalqını uğurla təmsil edəcəyinə inamlarını ifadə ediblər. Çempionlar bildiriblər ki, platformada gənclərin şəxsi inkişafı, sağlam həyatı, təhsil və tərbiyəsinə böyük önəm verilməsi təqdirəlayiqdir.

Bu səbəbdən də Azər Quliyevə dəstək verdiklərini bəyan ediblər.