Çempionlar Liqası həyəcanı başlayır

cempionlar-liqasi-heyecani-baslayir
Oxunma sayı: 632

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Çempionlar Liqasında 1/8, Avropa Liqasında 1/16 final mərhələsinin 2 oyunu keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində “Olimpik Lion” evdə turnirin sürpriz komandası APOEL-i qəbul edəcək. Fransızlar cütlüyün favoriti hesab edilsə də, Kipr təmsilçisinin qrup mərhələsində bütün proqnozları alt-üst edərək hamını qabaqlaması da nəzərə alınmalıdır.
Turnirin son qalibi “Barselona” isə Leverkuzendə “Bayer”in qonağı olacaq. Bu həftə la-liqada məğlub olmaqla əzəli rəqibi “Real”dan 10 xal geri düşən katalonların motivasiya problemi yaşayacağı gözlənilir.
Avroliqada isə “Rubin” evdə Yunanıstan nəhəngi “Olimpiakos”u qəbul edəcək. İstanbulun “Beşiktaş” klubu səfərdə “Braqa” ilə qarşılaşacaq.

14 fevral

UEFA Çempionlar Liqası

23:45 “Lion” (Fransa) – APOEL (Kipr)
23:45 “Bayer” (Almaniya) – “Barselona” (İspaniya)

UEFA Avropa Liqası

21:00. “Rubin” (Rusiya) – “Olimpiakos” (Yunanıstan)
21:30. “Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

Ceyhun Əhmədov