Çempionlar Liqası matçları İctimai TV-də də yayımlanacaq

cempionlar-liqasi-matclari-ictimai-tv-de-de-yayimlanacaq
Oxunma sayı: 2671

UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.

Bu raundlarda keçirilən və “CBC Sport”da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.

İlk olaraq bu gecə saat 00:00-da “Milan” – “Tottenhem” qarşılaşması təqdim ediləcək.

Həmçinin oxuyun: Пенсионерам Азербайджана обещают больше - детали повышения пенсий

Алмазбек Атамбаев вышел на свободу