“Olimpiakos”dan darmadağın, “Dinamo”dan qələbə

“Olimpiakos”dan darmadağın, “Dinamo”dan qələbə
Oxunma sayı: 2485

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə III təsnifat mərhələsində Portuqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar klubu Yunanıstanda “Olimpiakos”un qonağı olub. Qarşılaşma yunanların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Serbiya çempionu “Srvena Zvezda” isə İsveçrədə “Yanq Boyz”la bərabərə qalıb - 2:2. Xorvatiya "Dinamo"su isə Norveçin “Rusenborq” komandasını 2:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2

"Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0

“Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi