Çempionlar Liqasında ¼ final həyəcanı - İlk gündə ispan dueli

cempionlar-liqasinda-final-heyecani
Oxunma sayı: 1383

Bu gün UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin 2 oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, turnirin favortilərindən olan “Barselona” doğma meydanda Madrid “Atletiko”sunu qəbul edəcək. İspanların bu dueli qitənin ən nüfuzlu klub turnirinin maraqla gözlənilən qarşılaşmalarındandır.

Digər oyunda isə “Bavariya” Portuqaliya “Benfika”sının qonaq edəcək.

22:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

22:45. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)