Çempionlar Liqasında ¼ final həyəcanı - “Yuve” “Barsa”ya qarşı

cempionlar-liqasinda-final-heyecani
Oxunma sayı: 718

Bu gün UEFA Çempionlar Liqasında ¼ final mərhələsinin oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, mərkəzi görüş İtaliyada oynanılacaq. “Yuventus” “Barselona” ilə üz-üzə gələcək. 

“Borussiya” isə “Monako” ilə qarşılaşacaq. 

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
11 aprel
 
22:45. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)
Turin, “Yuventus” stadionu
 
22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”