Çempionlar Liqasında daha 5 oyun keçirilib

Çempionlar Liqasında daha 5 oyun keçirilib
Oxunma sayı: 310

Ötən mövsüm “Qarabağ”ın avrokuboklardan kənarlaşdırdığı “Visla” doğma meydanda APOEL-i qəbul edib. Polşa təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.

İsrail “Makkabi”si isə evdə Belçika “Genk”ni sınağa çəkib. "Makkabi" 2:0 hesabı ilə önə çıxsalar da, qonaqlar bu qollardan birinin əvəzini çıxamağa müvəffəq olublar - 2:1.

Günün maraqlı qarşılaşmalarından biri Zaqrebdə baş tutub. “Neftçi”nin avrokubok macərasını ilk mərhələdəcə bitirən “Dinamo” bu dəfə “Malmö”nü darmadağın edib - 4:1. Xorvatiya təmsilçisi demək olar ki, artıq qrup mərhələsinə vəsiqəni təmin edib.

Qrup mərhələsinə vəsiqə uğrunda “Villareal” Danimarkanın “Odense” klubunun qonağı olub. Bu görüş də meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya” isə həlledici mərhələdə İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb. Hər iki hissədə bir dəfə fərqlənən Münhen təmsilçisi oyundan 2:0-lıq qələbə ilə ayrılıb.



17 avqust

Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunları


23:45. “Visla” (Polşa) – APOEL (Kipr) - 1:0
Qol: Maleçki, 71 (1:0)

23:45. “Makkabi” (Hayfa, İsrail) – “Genk” (Belçika) - 2:1
Qollar: Viyam Amaşe, 8 (1:0), Dvalişvili, 28 (2:0), Barda, 61 (2:1)

23:45. “Dinamo” (Xorvatiya) – “Malmö” (İsveç) - 4:1
Qollar: Sammir, 4 (1:0), 60-pen (3:1), Mehmeti, 17 (1:1), Rukavina, 56 (2:1), Beçiray, 84 (4:1)

23:45. “Odense” (Danimarka) – “Villareal” (İspaniya) - 1:0
Qol: Andreasen, 84 (1:0)

23:45. “Bavariya” (Almaniya) – “Sürix” (İsveçrə) - 2:0
Qollar: Bastian Şvaynştayger, 8 (1:0), Aryen Roben, 72 (2:0)

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin cavab oyunları avqustun 23-24-də keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi