Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son matçlar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Sevilya” öz meydanında “Mançester Yunayted”lə qolsuz bərabərə qalıb.
“Şaxtyor” – “Roma” görüşündə isə 3 qol vurulub. Hesabı “Roma” açsa da, Ukrayna təmsilçisi 2 qol vuraraq əzmkar qələbə qazanıb.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Roma” (İtaliya) - 2:1
Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:0
Son xəbərlər
Son Xəbərlər