Çempionlar Liqasında gecənin nəticələri

cempionlar-liqasinda-gecenin-neticeleri
Oxunma sayı: 3572

UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Xorvatiya “Dinamo”su (Zaqreb) Avstriyada “Zalsburq”un qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı bu matç Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə “Milan”ı qəbul edib və darmadağına sevinib.

F qrupunda turnirin son qalibi “Real” Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb. “Leypsiq” isə evdə “Seltik” üzərində inamlı qələbəyə imza atıb.

G qrupunda “Mançester Siti” “Kopenhagen”i darmadağın edibsə, “Sevilya” evdə Dortmund “Borussiya”sına böyük hesabla uduzub.

H qrupunda “Yuventus” Hayfa “Makkabi”sini məğlub yola salıb. “Benfika” isə PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Paris təmsilçisi səfərdən 1 xalla dönüb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
5 oktyabr

E qrupu

Zalsburq (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Okafor, 71.

Çelsi (İngiltərə) – Milan (İtaliya) 3:0
Qol: Fofana, 24. Obameyanq, 56. R.Ceyms, 62.

Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.

F qrupu

Leypsiq (Almaniya) – Seltik (Şotlandiya) 3:1
Qol: Nkunku, 27. A.Silva, 64; 77 – Jota, 47.

Real (İspaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qol: Rodriqo, 13. Vinisius, 28 – Zubkov, 39.

Xal: Real – 9. Şaxtyor – 4. Leyptsiq – 3. Seltik – 1.

G qrupu

Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka) 5:0
Qol: Haland, 7; 32. Xoçolava, 39-öz qapısına. Mahrez, 55-pen. X.Alvares, 76.

Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 1:4
Qol: En Nesiri, 51 – R.Gerrero, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75.

Xal: Mançester Siti – 9. Borussiya – 6. Sevilya – 1. Kopenhagen – 1.

H qrupu

Yuventus (İtaliya) – Makkabi (Hayfa, İsrail) 3:1
Qol: Rabyo, 35; 83. Vlahoviç, 50 – David, 75.

Benfika (Portuqaliya) – PSJ (Fransa) 1:1
Qol: Danilo, 41-öz qapısına – Messi, 22.

Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi – 0.