Çempionlar Liqasında ikinci finalçı bəlli olur

cempionlar-liqasinda-ikinci-finalci-belli-olur
Oxunma sayı: 1958

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşəcək.

Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real”la üz-üzə gələcək.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Həmçinin oxuyun: Вниманию пациентов, страдающих мигренью, болезнью паркинсона, альцгеймера ... 

Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 1:1.