Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Oxunma sayı: 734

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə İspaniya nəhəngi “Real” İngiltərədə yerli “Çelsi” komandası ilə üz-üzə gələcək.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edir. Amma “Real” səfərdən mütləq qələbə ilə dönməlidir.

Xatırladaq ki, ÇL-də ilk finalçı artıq bəllidir. İngiltərənin “Mançester Siti” klubu Fransa çempionu PSJ-yə hər iki oyunda qalib gəlib – 2:1, 2:0.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

5 may

23:00. Çelsi - Real

Baş hakim: Daniele Orsato (İtaliya).

London. “Stemford Bric” stadionu.

İlk oyun – 1:1.