Çempionlar Liqasında ikinci gün

cempionlar-liqasinda-ikinci-gun
Oxunma sayı: 947


“Qafqazinfo” xəbər verir  ki, “Barselona” öz meydanında “Mançester Siti”ni qəbul edəcək. İlk oyunda “Man. Siti” öz meydanında 2-0 hesabı ilə uduzub. “Barselona” ¼ final məsələsini 80 faiz həll edib. Təbii ki, “ingilis klubu “Nou Kamp”da bu gün ən az 2 cavabsız qol vura bilsə, oyun əlavə vaxta gedəcək.

Gecənin digər bir matçı əslində, nəticəsi bilinən və bir o qədər də əhəmiyyəti olmayan oyundur. Belə ki, “PSJ” birinci matçda “Bayer Leverkuzen”ə Almnaiyada divan tutub. Səfərdə əldə olunan 4-0 hesablı qələbə növbəti turun vəsiqəsidir.

12 mart

Saat 23:45 

“Barselona”-“Mançester Siti”

“PSJ”- “Bayer Leverkuzen”


İqbal